Klubun protokoluna dəyişiklik ediləcək

Klubun protokoluna dəyişiklik ediləcək

Koronavirusun pandemiyası zamanı İtaliya A Seriyasının oyun protokolunda qidalanma qaydalarına, kütləvi informasiya vasitələrinə, tribunalarda yerləşdirilməsinə və hakimlərin qərarlarına etiraz qaydalarına dəyişikliklər ediləcək.

Layihəyə əsasən, dəyişikliklər 36 səhifə təşkil edib. Beləki, oyunçular arasında əlsıxmaq və oyun başlamazdan əvvəl qrup şəklində xatirə şəkilin çəkilməsi qadağan edilib. Oyunçulara hakimin qərarlarını etiraz etməmək və ya 1,5 metr məsafə saxlamaq tapşırılıb. Futbolçuların qidalanması yalnız klubun baş aşbazı​ tərəfindən hazırlanmalıdır. Həmçinin ehtiyat oyunçular arasında isə sosial məsafə təmin edilməlidir.

Bundan əlavə, media nümayəndələri stadiona daxil olmazdan əvvəl anket suallarına cavab verməli və hərarətləri ölçülməlidir.