Niderland Qran-prisi ləğv olundu

Niderland Qran-prisi ləğv olundu

Formula 1 üzrə Niderland Qran-prisi baş tutmayacaq.

Formula 1-in rəsmi "Twitter" səhifəsində yer alan xəbərə görə, Niderland tərəfi yarışın bu il keçirilməyəcəyini təsdiqləyib.
Qeyd edək ki, Formula 1-də 2020 mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl Formula 1 rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.
Niderlanddakı yarış 1 - 3 maya planlaşdırılırdı, lakin koronavirusa görə təxirə salınmışdı.