"Formula 1-də qalmaq qərarına gəldik"

"Formula 1-də qalmaq qərarına gəldik"

"Reno" 15 min işçisini ixtisar edib. Bununla yanaşı, "Reno"nun Formula 1-də iştirakını davam etdirəcəyi dəqiqləşib. İxtisarlar işdən çıxarılmalar əsasında baş tutmayıb. Sadəcə, təqaüdə çıxan əməkdaşların əksəriyyətinin pozisiyaları ləğv edilib. Beləcə, "Reno" növbəti üç il ərzində 2 milyard avro qənaət edə biləcək.

"Reno"nun baş direktoru Klotilda Delbo bildirib: "Formula 1-ə sadiq olduğumuzu açıq şəkildə bəyan edirik. Aşağı büdcə məhdudiyyətləri ilə bağlı maliyyə qaydalarına edilən düzəlişlər bizim xeyrimizə olacaq. Bu səbəbdən də Formula 1-də qalmaq qərarına gəldik".