Formula 1-in pilotları ən yüksəkməvacibli idmançılar siyahısında

Formula 1-in pilotları ən yüksəkməvacibli idmançılar siyahısında

Nüfuzlu “Forbes” biznes-jurnalı 2020-ci ilin ən yüksəkməvacibli idmançılarının illik siyahısını dərc edib. Siyahıda ilk yüzlükdə Formula 1 çempionatının üç pilotu da yer alıb.
İsveçrəli tennisçi Roje Federer ilk dəfə olaraq, birinci sırada qərarlaşıb. Onun gəliri 106 milyon dollar dəyərləndirilir. Futbol ulduzları Kriştianu Ronaldo və Lionel Messi Federerdən bir qədər az qazanırlar. Ötən onilliyin yekunları üzrə reytinqdə onluğu bağlayan Formula 1 yürüşlərinin altıqat çempionu Luis Hemilton bu dəfə 54 milyon dollar göstərici ilə 13-cü yeri tutur.
Reytinqdə 32-ci yerdə “Ferrari”nin pilotu Sebastian Fetteldir. Onun qazancı 36,3 milyon ABŞ dollarına bərabərdir. 48-ci yeri avstraliyalı Daniel Rikkardo tutur. Ekspertlərin hesablamalarına görə, onun gəlirləri 29 milyon dollar həddindədir.