Millimiz reytinqdə mövqeyini qorudu

Millimiz reytinqdə mövqeyini qorudu

Beynəlxalq Voleybol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Kişi voleybolçulardan ibarət Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qoruyub. Hesabında 101 reytinq xalı olan milli komandamız 58-ci pillədə qərarlaşıb.
Siyahıya 427 xalla Braziliya voleybolçuları başçılıq edirlər. İlk üçlüyü Polşa (384 xal) və ABŞ (365) yığmaları tamamlayır.