Mixael Şumaher yenidən əməliyyat olunacaq

Mixael Şumaher yenidən əməliyyat olunacaq

Bir müddət əvvəl Mixael Şumaherin müalicəsi ilə məşğul olan kardiocərrah Filip Menaşe, pilota kök hüceyrələrinin ürək toxumasına daxil edilməsi üçün eksperimental əməliyyat ediləcəyini deyib.
“Bizim vəzifəmiz M.Şumaherin sinir sistemini bərpa etməkdir”, - deyə Filip Menaşe bildirib. Neyrocərrah Nikola Akyari, Formula-1-in  yeddi qat çempionunun əzələ atrofiyası və osteoporozdan əziyyət çəkdiyini qeyd edib.
“Son 20 il ərzində elm kök hüceyrələrinin köməyi ilə müalicədə xeyli inkişaf edib. Buna baxmayaraq, bu, bizim hələ insan beyni haqqında az məlumatımızın olduğu faktı dəyişmir. Əməliyyatın nə ilə nəticələnəcəyini demək çətindir”, -  deyə N.Akyari vurğulayıb.
Qeyd edək ki, 2013-cü ilin  dekabr ayında Mixael Şumaher dağda xizək sürərkən ağır baş və beyin xəsarəti alıb. Hazırda almaniyalı 51 yaşlı idmançı Jenevrədəki evində bərpa prosesindədir.