Əfsanəvi basketbolçu "Emmi" mükafatına layiq görüldü

Əfsanəvi basketbolçu "Emmi" mükafatına layiq görüldü

ABŞ-ın "Los-Anceles Leykers" klubunun əfsanəvi sabiq basketbolçusu Kobi Brayant ölümündən sonra nüfuzlu "Emmi" mükafatına layiq görülüb.
Mərhum idmançı şəhərin inkişafındakı rolu ilə əlaqədar təltif olunub. Mükafatın rəsmi təqdimetmə mərasimi iyulun 18-də gerçəkləşəcək.
Qeyd edək ki, Kobi Brayant yanvarda ABŞ-ın Kaliforniya ştatındakı Kalabasas şəhəri yaxınlığında öz helikopterinin qəzaya düşməsi
nəticəsində vəfat edib. Onunla birgə göyərtədə olan qızı Cianna və daha 7 nəfər də dünyasını dəyişib.