“Azərreyl” sentyabrda “Çağırış kuboku”na başlayacaq

“Azərreyl” sentyabrda “Çağırış kuboku”na başlayacaq

Voleybol üzrə avrokubokların yeni mövsümünün başlama vaxtı dəqiqləşib. Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şurası qitə miqyaslı turnirlərin başlama vaxtını təsdiqləyib. Kişilər və qadınlar arasında hər üç turnir Çempionlar Liqası, CEV kuboku və Çağırış kuboku sentyabrın ikinci yarısında başlayacaq. Bu turnirlərin hamısı birinci mərhələdən start götürəcək.

Qeyd​ edək​ ki, 2020/2021 -ci​ il​ mövsümündə​ Azərbaycanı​ yalnız​ “Azərreyl”​ klubu​ təmsil​ edəcək.​ Qadınlardan ibarət komanda Çağırış kubokunda mübarizə aparacaq.