Alonso 2 ildən sonra Formula 1-ə qayıtdı

Alonso 2 ildən sonra Formula 1-ə qayıtdı

Fransanın​ “Reno”​ komandası​ Fernando​ Alonso​ ilə​ müqavilə​ bağlaması​ barədə​ rəsmi​ məlumat​ yayıb. İkiillik​ fasilədən​ sonra​ Formula​ 1 üzrə​ ispaniyalı​ ikiqat​ dünya​ çempionu​ yenidən​ “kral​ yürüş”lərində​ iştirak​ edəcək.​ Gələn​ il​ üçün​ iddialı​ olan​ komanda​ bunun​ üçün​ texniki​ potensialını​ artırmağa​ çalışır. Üstəlik​ “Reno”da​ peşəkar​ pilota​ da​ ehtiyac​ duyulur.

Növbəti​ mövsümdən​ Fransa​ təmsilçisinin​ heyətində çıxış​ edəcək​ Alonso​ üçün​ “Reno”​ yad​ komanda​ deyil.​ O, 2003-cü​ ildə​ karyerasına​ məhz​ “Reno”da​ başlayıb. 2007-ci​ ilədək​ bu​ komandanın​ şərəfini​ qoruyan​ ispaniyalı​ pilot​ hətta​ “Maklaren”ə​ keçənə​ qədər​ iki​ dəfə​ dünya​ çempionu​ olub.
Xatırladaq​ ki,​ Alonso​ 2018-ci​ ildə​ Formula​ 1-dən​ ayrılaraq​ müxtəlif​ sürət​ kateqoriyalı​ yarışlarda​ qüvvəsini​ sınayıb.​ O,​ WEC, “La​ Manş 24​ saatı”​ və “Daytonun​ 24​ saatı”​ yarışlarının​ qalibi​ olub.​ Alonso​ sonuncu​ dəfə​ bu​ ilin​ əvvəlində “Dakar”​ ralli-marafonunda​ gücünü​ sınayıb.​ O,​ mətbuata​ açıqlamasında​ Formula​ 1-ə​ qayıtmaq​ istəyini​ dəfələrlə​ ifadə​ edib.