Hamilton yenə​ birinci oldu

Hamilton yenə​ birinci oldu

Formula 1 Macarıstan Qran-Prisinin qalibi müəyyənləşib. Mövsümün üçüncü yarışında "Mercedes"in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü "Red Bull"un pilotu Maks Ferstappen və​ "Mercedes"in digər pilotu - Valtteri Bottas tamamlayıblar.

Pilotların siyahısına 63 xalla L.Hamilton başçılıq edir. V.Bottas 58 xalla ikinci, M.Ferstappen isə​ 33 xalla üçüncü pillədə​ qərarlaşıblar.
Növbəti yarış avqustun 2-də​ Böyük Britaniyada təşkil olunacaq.