Türkiyə təqvimə düşmək istəyir

Türkiyə təqvimə düşmək istəyir

Türkiyə Qran-prisi bu il Formula 1 təqviminə qayıda bilər.​​ Türkiyə mediasında yer alan xəbərə görə, hazırda "İstanbul Park" trasında Qran-prinin təşkili üzərində iş aparılır. Məsələ müsbət həllini tapsa, yarış cari mövsüm təşkil olunacaq.​​ Qeyd edək ki, Türkiyə Qran-prisi 2005 - 2011-ci illərdə keçirilib.​