“Azərreyl”in rəqibi nə vaxt bilinəcək?

“Azərreyl”in rəqibi nə vaxt bilinəcək?

Voleybol üzrə avrokubokların 2020/2021-ci il mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Mərasim avqustun 21-də keçiriləcək. Püşkatma Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında təşkil olunacaq. Mərasimdə kişi və qadınlar arasında Çempionlar Liqası, CEV kuboku və Çağırış kuboku yarışlarının püşkü atılacaq. Qeyd edək ki, Azərbaycanı avrokuboklarda bir komanda ilə təmsil olunacaq. Bakının qadınlardan ibarət “Azərreyl” klubu Çağırış kuboku yarışlarında mübarizə aparacaq.