Sebastyan Fettel "Racing Point"lə razılığa gəlib

Sebastyan Fettel "Racing Point"lə razılığa gəlib

Formula 1 üzrə dördqat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib.
Almaniyalı sürücü "Racing Point"lə üçillik müqavilə bağlayacaq. Onun “Ferrari” komandası ilə müqaviləsi cari mövsümün sonunda yekunlaşacaq. Otuz üç yaşlı idmançı Serxio Peresi əvəzləyəcək.
Qeyd edək ki, “Racing Point” gələn ildən “Aston Martin” adlanacaq.