Suyun altında ağırlıq qaldıran rusiyalı rekorda imza atdı

Suyun altında ağırlıq qaldıran rusiyalı rekorda imza atdı

Rusiyanın Tomsk şəhərinin sakini Vitali Vivçar 76 dəfə 50 kiloqramlıq ştanqı su altında qaldıraraq ötən il amerikalı tərəfindən müəyyən edilmiş rekordu yeniləyib və Ginnesin Rekordlar Kitabına düşüb. Bu barədə Şəhər Administrasiyasının saytında məlumat verilib.

Qeyd olunur ki, V.Vivçar Pobeda qəsəbəsinin ərazisində yerləşən Lebyaje gölündə suyun altında nəfəsini saxlayaraq tapşırığı yerinə yetirib.​ Buna müstəqil müşahidəçi, tibb işçiləri və mütəxəssislər nəzarət ediblər. Bütün lazımi sənədləri doldurduqdan sonra sübutlar Ginnesin Rekordlar Kitabının redaksiyasına göndəriləcək.