Portuqaliya 50 min tamaşaçı qəbul edə bilər

Portuqaliya 50 min tamaşaçı qəbul edə bilər

“Algarve Motor Parkı”nın direktoru Paulo Pineiro oktyabrın 23-25-də
keçiriləcək Formula 1 Portuqaliya Qran-Prisi 50 min tamaşaçını qəbul etməyə hazır olduğunu bildirib. P.Pineiro şəraitlə əlaqədar olaraq bir sıra məhdudiyyətlərin tətbiq ediləcəyini də deyib.
O, böyük bir tədbir keçirməyə hazır olduqlarını qeyd etməklə yanaşı,
onu da vurğulayıb ki, hər kəsin gigiyenik qaydalara əməl etməsi
vacibdir.