Hamiltondan növbəti çempionluq

Hamiltondan növbəti çempionluq

“Mercedes”in pilotu Luis Hamilton Formula 1 Belçika Qran-Prisinin qalibi olub. Britaniyalı sürücü mövsümdə beşinci qələbəsini “Spa-Frankorşam” avtodromunda keçirilən yarışda qazanıb. 44 dövrəlik mübarizədə ikinci yeri L.Hamiltonun komanda yoldaşı Valtteri Bottas əldə edib. İlk üçlüyü “Red Bull”un pilotu Maks Ferstappen tamamlayıb. Pilotların siyahısına 157 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 110 xalla ikinci, V.Bottas isə 107 xalla üçüncü pillədə qərarlaşıblar. L.Hamilton cari mövsüm 5-ci, karyerasında isə 89-cu qələbəsini qazanıb. Növbəti yarış sentyabrın 4-6-da İtaliyada təşkil olunacaq.