Mövsümün ilk El Klasikosu “Nou Kamp”da olacaq

Mövsümün ilk El Klasikosu “Nou Kamp”da olacaq

İspaniya La Liqasında yeni mövsümün El Klasiko matçlarının tarixi müəyyənləşib. Ölkə çempionatında 2020/2021 mövsümündə “Barselona” və “Real Madrid” arasındakı ilk matç VII tura təsadüf edəcək. Görüş oktyabrın 25-də “Nou Kamp” stadionunda olacaq. İkinci El Klasiko isə XXX turda - 2021-ci il aprelin 11-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynanılacaq.