Velosipedçilərimiz Türkiyədə 6 yarışda güclərini sınayacaqlar

Velosipedçilərimiz Türkiyədə 6 yarışda güclərini sınayacaqlar

Azərbaycanın şose velosipedi üzrə Elit və U23 yığma komandalarının üzvləri uzun fasilədən sonra beynəlxalq yarışlarda iştirak edəcəklər. Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Şahin Eyvazov, Nəcəf Bağırov, Mahmud Məmmədov və Ayan Xankişiyeva Türkiyədə təşkil ediləcək 1.2 kateqoriyalı 6 yarışda mübarizə aparacaqlar.

3 sentyabr. “Grand Prix Develi” / 1.2
4 sentyabr. “Grand Prix Cappadocia” / 1.2
5 sentyabr. “Grand Prix Mount Erciyes” / 1.2
6 sentyabr. “Grand Prix World's Best High Altitude” / 1.2
14 sentyabr. “Grand Prix Velo Erciyes” / 1.2
15 sentyabr. “Grand Prix Central Anatolia” / 1.2