Koronavirusa görə iclasın keçirilmə məkanı dəyişdi

Koronavirusa görə iclasın keçirilmə məkanı dəyişdi

Koronavirus pandemiyası səbəbi ilə Avropa Voleybol Konfederasiyası (CEV) Baş Assambleyasının iclası Moskva şəhərindən Vyanaya keçirilib. Assambleyanın iclası oktyabrın 16-da Moskvada keçirilməsi planlaşdırılırdı. Bildirək ki, iclas Vyanada elə həmin tarixdə keçiriləcək.
“Bu qərar koronavirus səbəbindən hələ də fəaliyyət göstərən səfərlərə məhdudiyyətlərlə bağlıdır və  bu il 56 milli federasiyaya öz nümayəndələri tərəfindən təqdim olunmaq imkanı verməklə əlaqəlidir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, iclasda 2024-cü ilə qədər təşkilatın prezidenti də daxil olmaqla CEV-in rəhbər orqanlarına seçkilər keçiriləcək.