Cüdoçularımız xalqımızı rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyiblər

Cüdoçularımız xalqımızı rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyiblər

Cüdo üzrə Azərbaycan milli komandası ordumuza dəstək nümayiş etdirib. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı bütün Azərbaycan ictimaiyyəti kimi, cüdoçularımızın da böyük hiddətinə səbəb olub.
Belə həssas zamanda, əzəli torpaqlarımızda Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə cüdo üzrə Azərbaycan milli komandasının üzvləri xalqımızı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyiblər.


Elmar Qasımov (Rio-Olimpiya Oyunlarının gümüş mükafatçısı):
- Biz idmançılar Cənab Ali Baş Komandan İlham Əliyevin yanındayıq. Ordumuzu dəstəkləyirik. Qarabağ Azərbaycandır!


Nicat Şıxalizadə (Cüdo üzrə milli komandanın kapitanı):
- 30 ildir ki, bu günü gözləyirik. Biz idmançılar, əsgərlər, zabitlər Ali Baş Komandanın, Azərbaycan xalqının yanındayıq. İnşaallah, tezliklə qələbə qazanıb, azad olunmuş torpaqlarda yeni qələbələrimizi qeyd edəcəyik. Qarabağ Azərbaycandır.


İlham Zəkiyev (Paralimpiya Oyunlarının ikiqat qalibi):
- Biz idmançılar Ali Baş Komandanımızın, əsgərlərimizin, zabitlərimizin yanındayıq. Uca tanrı bizim ordumuzu qalib eləsin, müzəffər eləsin. Biz Qarabağımızı, işğal olunmuş torpaqlarımızı azad edək, üçrəngli bayrağımızı Şuşada Xankəndidə dalğalandıraq. Allah bizim millətimizi qorusun.


Rüstəm Orucov (Rio-Olimpiya Oyunlarının gümüş mükafatçısı):
- İllərdir gözlədiyimiz gün gəlib çatdı. Cənab Ali Baş komandan, biz Sizə inanırıq. Ordumuzun gücünü düşmənə göstərəcəyik.


Elxan Məmmədov (Cüdo üzrə Avropa və dünya çempionu):
- 30 ildir ki, biz bu günü gözləyirik. Ordumuz işğal olunmuş torpaqları geri qaytarır. Biz idmançılar Ali Baş Komandanın, ordumuzun yanındayıq. Hamılıqla ordumuzun işğal olunmuş torpaqları geri qaytaracağı günü səbirsizliklə gözləyirik.



Orxan Səfərov (Dünya və Avropa çempionatının mükafatçısı):
- Cənab Ali Baş Komandan, biz Sizə və qüdrətli Azərbaycan ordusuna inanırıq. Ümid edirik ki, güxlü odumuz sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Zəfər bizimlədir!



Uşangi Kokauri (Dünya və Avropa çempionatının mükafatçısı):
- Mən Azərbaycanın Ali Baş komandanı cənab İlham Əliyevi və ordumuzu dəstəkləyirəm. Arzu edirəm ki, işğal altında olan torpaqlar geri qaytarılsın.


Hidayət Heydərov (Avropa çempionu):
- Biz idmançılar hamımız əsgərik. Hər zaman Prezidentimizin və ordumuzun yanındayıq. Qələbə bizimlədir!


Məmmədəli Mehdiyev (IV İslam Həmrəyliyi Oyunlarının qalibi):
- 30 ildir ki, bu anı gözləyirdik və bu an gəlib çatdı. Ali baş komandanın əmrini hər an gözləyirik. Qarabağda zəfər qazanmağa hazırıq. Qələbə bizimdir!


Ruslan Maşurenko (Cüdo üzrə milli komandanın baş məşqçisi):
- Cüdo üzrə Azərbaycan milli komandası Azərbaycan ordusunu və xalqını dəstəkləyir. Haqq ədalətin öz yerini tapacağını əminik.