Cüdo üzrə Olimpiya çempionlarımız Orduya dəstək nümayiş etdiriblər

Cüdo üzrə Olimpiya çempionlarımız Orduya dəstək nümayiş etdiriblər

Azərbaycan cüdoçuları, Olimpiya Oyunlarının qalibləri Nazim Hüseynov və Elnur Məmmədli Qarabağda döyüşən Ordumuza dəstək olub.
Olimpiya çempionlarımız idmandakı zəfərlərini hərb meydanında da təkrarlamağa hazır olduqlarını bildiriblər. Onlar xalqımızı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyiblər.