Luis Hamilton “Keçmişdə həyat çox sürətli idi”

Luis Hamilton “Keçmişdə həyat çox sürətli idi”

“Mercedes”in pilotu Luis Hamilton koronavirus pandemiyası səbəbi ilə həyatında baş verən dəyişikliklər barədə danışıb. “Pandemiya sayəsində bu il çox məsələlərə baxışımız dəyişib. Mənim özüm və yaxınlarımla birlikdə olmaq üçün xeyli vaxtım yarandı. Bir tərəfdən, bu, hər zaman yaxşı deyil. Lakin bu insana düşünmək və həyatı indi yaşamaq üçün vaxtmızın olduğunu öyrətdi. Keçmişdə həyat çox sürətli idi. Daimi hərəkətdə idik. Bir yarışdan digərinə tələsirdik, bir hadisədən digərinə keçid alırdıq. Həyatımızın tempi çox yüksək idi. Etiraf edim ki, virus bitəndən sonra belə mən əvvəlki həyat ritmimə qayıtmaq istəmərəm”,- deyə idmançı bildirib.