Hamiltondan növbəti qələbə

Hamiltondan növbəti qələbə

İtaliyanın İmola şəhərində Formula 1 üzrə Emiliyi-Romanyi Qran-prisi keçirilib. Yarışın qalibi adını “Mercedes” pilotu Luis Hamilton qazanıb. İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas tutub. “Renault” komandasını təmsil edən Daniel Rikkardo isə üçüncü pillə ilə kifayətlənib. Ümumilikdə 20 pilotdan 15-i finişə çata bilib.
Bu nəticədən sonra “Mercedes” sona 4 mərhələ qalmış 479 xalla Konstruktorlar Kubokunun qalibi adını qazanıb. İkinci yerdə 226 xalla “Red Bull” qərarlaşıb. “Renault” isə 135 xalla üçüncüdür.
Pilotların mübarizəsində isə Luis Hamilton 282 xalla 1-ci, Valtteri Bottas 197 xalla 2-cidir. 3-cü pillədə isə 162 xalla “Red Bull” pilotu Maks Ferstappen qərarlaşıb.