Gənc cüdoçularımız bu gün Avropa çempionatında mübarizəyə başlayırlar

Gənc cüdoçularımız bu gün Avropa çempionatında mübarizəyə başlayırlar

Bu gün Xorvatiyanın Poreç şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürəcək. Yarışda Azərbaycan komandasının tərkibində 7 idmançı mübarizə aparacaq. Belə ki, Turan Bayramov (60 kq), Rəşid Məmmədəliyev, Mətin Rzazadə (hər ikisi 73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 81 kq), Camal Feyziev (100 kiloqramdan yuxarı) kişilər arasında güclərini sınayacaqlar. Qadınlar arasında isə komandamızı Ramilə Əliyeva (48 kq) təmsil edəcək.
Qeyd edək ki, Avropa çempionatında 40 ölkəni təmsil edən 412 cüdoçu mübarizə aparacaq.