Gələn il paytaxtımızda təşkil olunacaq Formula 2 yarışının vaxtı müəyyənləşib

Gələn il paytaxtımızda təşkil olunacaq Formula 2 yarışının vaxtı müəyyənləşib

Formula 2 yarışlarının 2021-ci il mövsümünün təqvimi açıqlanıb.
Çempionat martın 26-28-də Bəhreyndə start götürəcək. Mövsümə dekabrın 3-5-də Əbu-Dabidə yekun vurulacaq.
Mövsümün üçüncü mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 4-6-da Bakı şəhər halqasında keçiriləcək.
Formula 2 yarışı yeni mövsümdə 8 mərhələdən ibarət olacaq.