Mik Şumaher: “Atamdan başqa heç vaxt dünyanın ən böyük yarışçısını görməmişəm”

Mik Şumaher: “Atamdan başqa heç vaxt dünyanın ən böyük yarışçısını görməmişəm”

“Ferrari”nin piloti Mik Şumaher Formula 1-də yeddi dəfə titul qazanan atası Mixaelin məsləhətlərindən nadir hallarda istifadə etdiyini deyib.

“Əlbəttə, mən ataım verdiyi bir və ya iki məsləhətdən istifadə edirəm. Lakin hər bir halda biz fərqli insanlarıq və kiçik siniflərdə fərqli təcrübələrimiz olub. İndiki dövrdə tam başqa çür pilotluq etmək lazımdır. Formula 2-nin avtomobili 780 kq ağırlığındadır. Atamın vaxtında isə bu 500 kq idi. Hər halda bir ya iki oxşarlıq var.

Formula 1-də atamın nailiyyətləri qeyri-adi olub. Mən bunu hər keçən gün daha yaxşı anlayıram. Mənim doğumumdan bir il sonra o, ardıcıl qazandığı beş dünya çempionatından birincisini qazandı.

Amma düzünü desəm, atamdan başqa heç vaxt dünyanın ən böyük yarışçısını görməmişəm. O, ilk növbədə sadəcə mənim atamdır”, - deyə M.Şumaer bildirib.