Baş məşqçi təyinatından 19 gün sonra klubdan qovuldu

Baş məşqçi təyinatından 19 gün sonra klubdan qovuldu

Türkiyənin "Ərzurumspor" klubu baş məşqçisi Hüseyin Çimşiri istefaya göndərib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 19 gün əvvəl Superliqa təmsilçisinə baş məşqçi təyin edilən çalışdırıcı komandanı cəmi dörd oyuna çıxarıb. Ərzurum klubu bu oyunların hamısında məğlub olub və üstəlik qol vura bilməyib.

Klub gənc mütəxəssislə 1+1 illik müqavilə bağlasa da, komandanın son olaraq "Beşiktaş"a 0:4 hesablı məğlubiyyəti onunla yolların ayrılmasına səbəb olub.

Qeyd edək ki, "Ərzurumspor" Superliqada bu mövsümü keçirdiyi 13 oyunda cəmi 9 xal toplayıb və 21 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.