Olimpiya mükafatçımız dünyanın ən yüksək reytinqli cüdoçuları arasında

Olimpiya mükafatçımız dünyanın ən yüksək reytinqli cüdoçuları arasında

Azərbaycan idmançısı Rüstəm Orucov (73 kq) dünyanın ən güclü cüdoçuları arasında reytinqə görə üçüncü yerdə qərarlaşıb. Bu il Macarıstanda “Böyük dəbilqə” turnirində qızıl, Almaniyadakı analoji yarışda və Praqada Avropa çempionatında bürünc medal qazanmaqla xalların sayını 6575-ə qaldıran R.Orucov bu nəticə ilə öz çəki dərəcəsində birinci pillədədir.

Qazanılan xal sayına görə lider Nikoloz Şerazadishvilidir (İspaniya, 8111 xal). İkinci yeri isə Matias Kasse (Belçika, 6684 xal) tutub.