Millimizin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşdi

Millimizin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yer aldığı Avropa çempionatının seçmə mərhələsinin “F” qrupunun təqvimi açıqlanıb. Komandalar birinci dövrədə Gürcüstan, ikinci dövrədə Monteneqroda mübarizə aparacaqlar.

Yığmamız və meydan sahibi olan komandalarla yanaşı, Yunanıstan da bu qrupda qüvvəsini sınayacaq. Görüşlər 2021-ci il mayın 2-16-da keçiriləcək.

Komandamız ilk turda Monteneqro, ardınca Gürcüstan, sonra Yunanıstanla üz-üzə gələcək. İkinci dövrəyə də monteneqrolularla duellə başlayacaq yığmamız ardınca Yunanıstan, son turda Gürcüstanla görüşəcək.