Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək

Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA ilə Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaqlar. Qarşılaşma Alanya şəhərindəki “Oba” stadionunda keçiriləcək. Oyunun tarixi və saatı ilə bağlı əlavə məlumat veriləcək.