Mourinyo “Tottenhem”lə vidalaşdı

Mourinyo “Tottenhem”lə vidalaşdı

İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Joze Mourinyo ilə müqaviləni ləğv edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mövsümün sonunadək komandaya 29 yaşlı mütəxəssis Rayan Meyson rəhbərlik edəcək. Yeni baş məşqçi ilə bağlı qərarın yayda veriləcəyi bildirilib.​ 

“Tottenhem”in gənclərdən ibarət komandasının məşqçisi Meyson başından zədə aldığı üçün 2018-ci ildə həkimlərin tövsiyəsi ilə futbolçu karyerasını bitirib.
Xatırladaq ki, “Tottenhem” 32 turdan sonra 50 xalla Premyer Liqanın turnir cədvəlində yeddincidir.