La Liqa rəhbərliyi qərarını verdi

La Liqa rəhbərliyi qərarını verdi

La Liqa rəhbərliyi klubların Avropa Superliqasına qatılmasına baxmayaraq, "Real", "Barselona" və "Atletiko"nu turnirdən kənarlaşdırmağı planlaşdırmır . La Liqa rəhbərliyi Super Liqanın "ölü doğulmuş bir layihə" olduğuna inanır və turnirin başlamayacağını düşünür. Buna görə klublar milli çempionatda mübarizə aparmağa davam edəcəklər. La Liqada, Super Liqa layihəsi iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, çünki turnirin sahib olduğu yeganə şey "JP Morgan" bankından alınan kreditdir.