UEFA 50 milyard təzminat tələb edir

UEFA 50 milyard təzminat tələb edir

UEFA Avropa Superliqasını yaradan 12 klubdan beynəlxalq məhkəmədə təzminat tələb edəcək. Bu, tarixin ən böyük təzminat məhkəməsi olacaq. Avropanın ali futbol qurumu 12 klubdan ümumilikdə 50 milyard avro istəyəcək. UEFA artıq məsələ ilə əlaqədar bütün milli assosiasiyalarla danışıqlara başlayıb və məhkəmə müraciəti üçün hazırlıqlar görür.
ABŞ bankı JP Morqan isə Avropa Superliqası üçün 6 milyard dollar dəyərində yatırım edəcəyini açıqlayıb. Təşkilatın rəhbərliyi FİFA prezidenti Canni İnfantino və UEFA prezidenti Aleksander Çeferinə danışıqlar üçün təklif məktubu göndərib. Məktubda bildirilib: “Təşkilatımızın detallarını müzakirə etmək üçün FİFA və UEFA ilə görüşmək istəyirik. FİFA və UEFA-nın oyunçuları yarışlarından kənarlaşdırmaq üçün cəza tədbirləri görməyindən narahatıq”.
Bu vasitə ilə onlar UEFA və FİFA rəhbərliyinə qrant pul kimi 434 milyon avro da təklif ediblər.
Qeyd edək ki, Avropa Superliqasını yaradan klublar arasında "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və
"Tottenhem" var. Təşkilatın prezidenti Florentino Peres, onun müavini isə Andrea Aynellidir.