“Çelsi” İspaniyadan sərfəli nəticə ilə qayıtdı

“Çelsi” İspaniyadan sərfəli nəticə ilə qayıtdı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Bu mərhələnin ilk oyunu İspaniyada “Real Madrid”lə İngiltərənin “Çelsi” klubu arasında baş tutub. “Alfredo Di Stefano” stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.
Yarımfinal mərhələsinin digər matçında Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Mançester Siti” klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.