Baş məşqçi diskvalifikasiya edildi

Baş məşqçi diskvalifikasiya edildi

“Portu” klubunun baş məşqçisi Serjiu Konseysau hakimi təhqir etdiyinə görə 21 günlük diskvalifikasiya edilib. Hadisə Portuqaliya çempionatının 29-cu turunda “Moreyrens” ilə qarşılaşma zamanı baş verib. Məlumata görə, oyundan sonra baş məşqçi hakimə : “Sən zəif və pis insansan. Sən bizdən iki çempionluq oğurlamısan. Sən oğrusan” sözlərini deyib.
Həmçinin qeyd edək ki, diskvalifikasiyadan əlavə S.Konseysauya 10,2 min dollar məbləğində cərimə təyin olunub.