Mourinyo özünə yeni iş yeri tapdı

Mourinyo özünə yeni iş yeri tapdı

İtaliyanın "Roma" futbol komandasına növbəti mövsümdən Joze Mourinyo rəhbərlik edəcək. Bu barədə klubun rəsmi açıqlamasında bildirilir. Paytaxt təmsilçisi portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalayıb. O, bu vəzifədə mövsümün sonunda komanda ilə vidalaşacaq həmyerlisi Paulu Fonsekanı əvəzləyəcək.
Portuqaliyalı mütəxəssis ilk mövsümdə ümümilikdə 16 milyon avro qazanacaq. Təcrübəli baş məşqçi bu məbləğin 7,5 milyon avrosunu maaş kimi "canavarlar"dan, 8,5 milyon avrosunu isə təzminat kimi əvvəlki klubu olan "Tottenhem"dən alacaq.
Qeyd edək ki, son iş yeri İngiltərənin "Tottenhem" klubu olan Joze Mourinyo aprelin 19-da istefaya göndərilib. O, bu komanda ilə yanaşı, ölkəsində "Portu", İtaliyada "İnter", İspaniyada "Real Madrid", İngiltərədə "Çelsi" və "Mançester Yunayted"in də baş məşqçisi olub.