UEFA təslim olmayan klublara intizam işi açdı

UEFA təslim olmayan klublara intizam işi açdı

UEFA Avropa Superliqasından imtina etməyən "Real", "Barselona" və "Yuventus"a qarşı intizam işi açıb. Bu barədə qurumun saytı məlumat yayıb. “UEFA İntizam Reqlamentinin 31-ci maddəsinin 4-cü bəndinə əsasən, UEFA-nın "Real" "Barselona" və Yuventus tərəfindən UEFA-nın hüquq bazasını pozması ilə əlaqədar intizam istintaqı aparmaq üçün UEFA Etikası və İntizam Məmurları təyin edildi. Bu məsələ ilə bağlı əlavə məlumatlar vaxtında veriləcək” - deyə qurumun açıqlamasında bildirilir.

Qeyd edək ki, Avropa Superliqasını aprelin 19-da  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 9 klub turniri tərk edib.