Voleybolçularımız seçmə mərhələnin son oyununu qələbə ilə başa vurdular

Voleybolçularımız seçmə mərhələnin son oyununu qələbə ilə başa vurdular

Mayın 16-da kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib. Monteneqroda Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb. İkinci dövrənin sonuncu oyunu hər iki komanda üçün formal xarakter daşıyıb. Avro-2021-ə yüksəlmək şansını itirən autsayderlərin oyununda millimiz 3:0 hesabı ilə qalib gəlib.
Hesabında 6 xal olan Azərbaycan millisi qrupda üçüncü olub və mübarizəni dayandırıb.
Qeyd edək ki, final mərhələsinə qrup qalibləri və ən yaxşı nəticəyə malik beş ikinci yerin sahibi yüksələcək.