Ronaldodan dünya rekorduna doğru daha bir addım

Ronaldodan dünya rekorduna doğru daha bir addım

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo İsrail milli komandasına qarşı yoldaşlıq oyunundafərqlənib. 35 yaşlı hücumçu Brunu Fernandeşin ötürməsini qola çevirib. Ulduz futbolçu bununla da milli komandada 104-cü dəfə fərqlənib. O, bu nəticə ilə İran yığmasının keçmiş hücumçusu Əli Daye tərəfindən əldə olunmuş dünya rekorduna yaxınlaşıb. Məlumat üçün bildirək ki, Ə.Dayenin aktivində 109 qol var.
Qeyd edək ki, Kriştianu Ronaldo Portuqaliya yığmasının son 42 matçında 43 dəfə fərqlənib.