“Gənclər Kuboku”nun qalibi müəyyənləşdi

“Gənclər Kuboku”nun qalibi müəyyənləşdi

AFFA-nın təşkilatçılığı keçirilən “Gənclər Kuboku”nda çempion müəyyənləşib. Turnirin final oyunu "Qəbələ" və "Sabah"ın U-19 komandaları arasında keçirilib. "ASCO Arena"da təşkil olunan oyunun əsas vaxtında tərəflərdən heç biri fərqlənə bilməyiblər. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Burada rəqibini 1:0 hesabı ilə məğlub edən əyalət təmsilçisi kuboka sahib çıxıb. Həlledici qolu “Qəbələ”nin heyətində 102-ci dəqiqədə Mehrac Baxşəli vurub.