Zəka sahibimiz "Masters" turnirində liderlər sırasında qərarlaşıb

Zəka sahibimiz "Masters" turnirində liderlər sırasında qərarlaşıb

Ənənəvi Praqa şahmat festivalının əsas yarışının - “Masters” turnirinin dördüncü turunun oyunları keçirilib. Turnirdə mübarizə aparan zəka sahibimiz Nicat Abasov bu turda çexiyalı şahmatçı ilə üz-üzə gəlib. N.Abbasov David Navara ilə partiyada ağ fiqurlarla üstün oyun nümayiş etdirərək qələbə qazanıb.
Turnir cədvəlinin ilk iki pilləsində müvafiq olaraq, aktivində üç xala malik olan S.Şenkland və N.Abasov yer alıblar.