Avropa çempionatında fan-zonalar ləğv olunacaq

Avropa çempionatında fan-zonalar ləğv olunacaq

Moskvada futbol üzrə Avropa çempionatında azarkeşlər üçün fan-zonalar bağlanacaq. Bu barədə paytaxt meri Sergey Sobyaninin rəsmi saytında məlumat verilib.
Bu addıma səbəb koronavirusun yayılması olub. S.Sobyanin bildirib ki, Moskvada keçirilən möhtəşəm tədbirlər maksimum min tamaşaçını cəmləyə bilər. Buna görə də, azarkeşlər üçün fan-zonalar ləğv olunacaq.
Qeyd edək ki, Sergey Sobyanin Moskvada koronavirus infeksiyasını sürətlə artmasını bildirib. O, deyib ki, şəhərdə koronavirusun yayılma dinamikası gözlənilməz olub. Belə ki, əhalinin 60 faizindən çox hissəsində immunitet mövcuddur.
Xatırladaq ki, Avropa çempionatı iyulun 11-dək davam edəcək. Moskvadakı fan-zona “Lujniki” stadionunda yerləşir. Orada yer almaq üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunurdu. Bundan əlavə,  azarkeşlər maska və əlcəkdən istifadə etməli və koronavirus infeksiyasının əlamətləri olmaması tələb olunurdu.