"Sumqayıt" növbəti transferini reallaşdırdı

"Sumqayıt" növbəti transferini reallaşdırdı

“Sumqayıt” futbol klubu yeni transferini açıqlayıb. “Gənclik şəhəri”nin təmsilçisi son mövsümü “Qəbələ”də forma geyinən keçirmiş qapıçı Tərlan Əhmədlini heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb. Futbolçunun klubda "1" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2012-2017-ci illərdə "Sumqayıt" klubunda çıxış edən Tərlan Əhmədli bu müddətdə ümumilikdə 11 oyun keçirib. O, “Qəbələ” ilə yanaşı, (14 oyun), “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. Əhmədli Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.