Bakıda personajların növbəti paradı keçirilib

Bakıda personajların növbəti paradı keçirilib

Bakıda AVRO-2020 ilə bağlı personajların növbəti paradı keçirilib. Tədbir şəhərin müxtəlif hissələrində təşkil olunub. Paradda Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər.
Qeyd edək ki, Bakıda AVRO-2020-nin A qrupunun iki görüşü artıq oynanılıb. Bakı Olimpiya Stadionunda təşkil olunan Uels - İsveçrə matçı 1:1, Türkiyə - Uels qarşılaşması isə 0:2 hesabı ilə başa çatıb. Bakı Olimpiya Stadionu bu qrupun sonuncu - İsveçrə - Türkiyə oyununa, həmçinin 1/4 finalın bir qarşılamasına da ev sahibliyi edəcək.