AVRO-2020: Skandinaviyalılardan vacib qələbə

AVRO-2020: Skandinaviyalılardan vacib qələbə

AVRO-2020 çərçivəsində E qrupunda ikinci turun oyunlarına start verilib. Rusiyanın Sankt-Peterburq şəhərində eyniadlı stadionda keçirilən qarşılaşmada İsveç və Slovakiya milliləri qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda İsveç millisi minimal hesablı qələbə qazanıb -1:0. Skandinaviyalıların heyətində 77-ci dəqiqədə penaltidən Emil Forsberq fərqlənib.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran İsveç millisi qrupda liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir.