Lüis Hemilton: “Biz qələbəyə ümid edirdik, amma təəssüf ki, mövqeyimizi itirdik”

Lüis Hemilton: “Biz qələbəyə ümid edirdik, amma təəssüf ki, mövqeyimizi itirdik”

“Mersedes” komandasının pilotu Lüis Hemilton “Fransa Qran-Prisi”ndəki çıxışını qiymətləndirib. Yarışda idmançı ”Red Bull”un pilotu Maks Ferstappenə məğlub olaraq ikinci pillədə qərarlaşıb.

“Bütün həftə sonu müxtəlif problemlərimiz var idi. Sözsüz ki, biz qələbəyə ümid edirdik, amma təəssüf ki, mövqeyimizi itirdik. “Red Bull”un çox yaxşı avtomobili var. O, düz yolda özünü mükəmməl idarə edir. Etiraf edim ki, bizim də çox yaxşı maşınımız var. İkinci Pit-Stop etməyə ehtiyac var idi? Bunun nə mənası var idi? Biz düzgün qərar qəbul etdik və irəliləməyə çalışdıq, amma alınmadı”, - deyə britaniyalı pilot yarışdan sonra müsahibəsində qeyd edib.

Məlumat üçün bildirək ki, yarışın üçüncüsü “Red Bull”un daha bir təmsilçisi Serxio Peres olub.