Dünyanın ən sürətli adamı əkiz uşaq atası oldu

Dünyanın ən sürətli adamı əkiz uşaq atası oldu

Əfsanəvi yamaykalı atlet Useyn Bolt ikinci dəfə ata olub. Onun əkiz oğlan övladları dünyaya gəlib. İdmançı övladlarına Sent-Leo və Tander adlarını verib.

Xatırladaq ki U.Boltun ilk qız övladı Olimpiya Laytninq 2020-ci ilin may ayında dünyaya gəlib. Atlet şəxsi instaqram hesabında yeni övladlarının da yer aldığı ailəvi fotosunu paylaşıb.

Qeyd edək ki, 34 yaşlı Useyn Bolt səkkizqat Olimpiya çempionu, 11qat dünya çempionudur.