NBA liqasında yeni ulduz parlayacaq

NBA liqasında yeni ulduz parlayacaq

NBA-nın əfsanəsi Medcik Conson “Bruklin Nets”in oyunçusu Kevin Düartın “Los Anceles Leykers” klubunun lideri Lebron Ceymsin liqanın ən yaxşı basketbolçusu adını əlindən alacağını hesab edir.
“Kevin Dürant Şərq konfransının yarımfinalındakı çıxışında Kobi Brayant və Maykl Cordanın səviyyəsində performans nümayiş etdirib. Bu, mənə Maykl Cordanın “Boston Seltiks” lə oyunda “Çikaqo Bulls”a uduzanda 60 xal toplamasını xatırlatdı. Bu, ona çox oxşayır. Tezliklə bu liqa Maykl Cordana məxsus olacaq”,- dedi.  
Bəxtimiz gətirib ki, biz belə məqamları müşahidə edə bilərik. Zədədən sonra kim geri qayıdaraq Kevin Dürant kimi oynaya bilər? Lebron Ceyms daha bir il NBA-da əsas olacaq və sonra liqa K.Dürantın olacaq”, - deyə M.Conson qeyd edib.