Voleybolçumuz​ Braziliya klubuna keçir

Voleybolçumuz​ Braziliya klubuna keçir

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva karyerasını Braziliyada davam etdirəcək.
Otuz bir yaşlı hücumçu “Bauru” klubu ilə razılığa gəlib.
Voleybolçumuz “Bauru”nun 2021/2022-ci il mövsümü öncəsi ilk transferidir.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova da "Bauru" klubunda çıxış edir.