Tokio-2020: Bu gün 4 idmançımız medal uğrunda yarışacaq

Tokio-2020: Bu gün 4 idmançımız medal uğrunda yarışacaq

Tokio-2020 XXXII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycanın 4 idmançısı olimpiadada medallar uğrunda mübarizə aparcaq. İdmançılarımızdan üçü 1-i atletika, 3-ü isə güləş yarışlarında mübarizə aparacaq. Mübarizəyə əvvəlcə atletimiz Nazim Babayev başayacaq. Üçtəkanla tullanma yarışında mübarizə aparacaq idmançımız A qrupunda yer alıb. Ümumilikdə 15 rəqibə qarşı çıxış edəcək atletimi finala vəsiqə qazanmaq üçün ilk 12-liyə düşməlidir. Nazim Babayev mübarizəyə Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

Güləş yarışlarında isə üç idmançımız xalça üzərinə çıxacaq. Pəhləvanlarımızdan İslam Abbasov yunan-Roma güləşində çıxış edəcək. 1/8 finaldan mübarizəyə başlayacaq idmançımızın ilk rəqibi kubalı Daniel Qreqoriç olacaq. Görüş saat 06:00-da başlayacaq.

İslam Abbasovdan fərqli olaraq, digər yunan-Roma güləşçisi Rafiq Hüseynov tunisli Lamyed Maafi ilə, qadın güləşçi Elis Manolova isə qırğızıstanlı Meerim Jumanazarova ilə təsəlliverici görüşə çıxacaq.